“Mançester Yunayted”in əsas transfer hədəfi odur
“Mançester Yunayted” “Lill”in yarımmüdafiəçisi Anxel Qomesi heyətinə qatmaq niyyətindədir.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorimin əsas transfer hədəfidir. İngiltərəli yarımmüdafiəçinin oyunu portuqaliyalı mütəxəssisi çoxdan cəlb edib.
O, bu mövsüm bütün turnirlər də daxil olmaqla 15 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Lill”lə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Qomes peşəkar karyerasına 2017-ci ildə, elə “Mançester Yunayted”də başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin