“Mançester Yunayted”də Ten Haqla bağlı qərar verilib
“Mançester Yunayted” rəhbərliyi İngiltərə Premyer Liqasının son turunda “Tottenhem”ə 0:3 hesabı ilə uduzduqdan sonra baş məşqçi Erik ten Haqın gələcəyi ilə bağlı qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi hələlik Ten Haqı işdən çıxarmamaq qərarına gəlib. Niderlandlı mütəxəssis ən azı növbəti beynəlxalq fasiləyə qədər fəaliyyətini davam etdirəcək. Buna qədər “qırmızı şeytanlar” “Portu” ilə Avropa Liqasında, “Aston Villa” ilə İngiltərə çempionatında qarşılaşacaqlar.
“Mançester Yunayted” keçən mövsümü Premyer Liqada 8-ci pillədə başa vursa da, İngiltərə kubokunu qazanmışdı. Komandanın yeni çempionatın ilk 6 turunda artıq 3 məğlubiyyəti və 1 heç-heçəsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin