“Mançester Yunayted”in Ronaldo ilə bağlı planı
“Mançester Yunayted” Kriştiano Ronaldonun gedişi ilə bağlı razılığa gələ bilməsə, onu gənclər komandasına göndərməyi planlaşdırır.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, klub maaşın qalan hissəsini ödəməyi planlaşdırmır. Rəhbərlik hücumçunun 7 ay müddətində alacağı maaşdan imtina etməsini istəyir.
“Mançester Yunayted” hücumçunun “The Sun” nəşrinə müsahibəsindən sonra müqaviləni təzminat ödəmədən ləğv etməyi düşünür. Rəhbərlik portuqaliyalı futbolçunun DÇ-2022-dən sonra kluba qayıtmasını istəmir.
Ronaldo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin