“Mançester Yunayted”dən Maquayrı istəyən kluba “yox” cavabı
“Nyukasl” “Mançester Yunayted”in futbolçusu Harri Maquayrla maraqlanır.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “sağsağanlar” ingiltərəli futbolçunu icarəyə götürmək istəyirlər.
“Mançester Yunayted” buna “yox” deyib və razı olmadığını bildirib. Çünki onlar Maquayrı birdəfəlik satmağı düşünürlər.
Öncədən “qırmızı şeytanlar”ın klubdan ayrılması üçün müdafiəçiyə 12 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Maquayrın klubla hazırkı müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.
O, 2022/23 mövsümündə Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 31 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin