“Mançester Yunayted”də yeni müqavilə
İngiltərənin “Mançester Yunayted” klubu 19 yaşlı futbolçusu Brandon Uilyamsla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.
İngilis futbolçu ilə yeni anlaşmanın müddətinin daha bir il uzadılması da mümkündür.
“Mançester Yunayted”in yetirməsi olan Uilyams geridə qalan mövsümdə 39 oyuna çıxıb, 1 qola imza atıb. O, həm də İngiltərənin gənclərdən ibarət yığmasının üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin