“Mançester Yunayted”də yeni müqavilə
İngiltərənin “Mançester Yunayted” klubu gənc futbolçusu Şola Şoretayr ilə yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.
17 yaşlı Nigeriya əsilli ingilis yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb. Amma anlaşmanın uzunmüddətli olduğu iddia olunur.
Şoretayr 9 yaşından “Mançester Yunayted”in futbol akademiyasındadır. O, bu mövsüm “qırmızı şeytanlar”ın U-23 komandası ilə meydana çıxdığı 13 oyunda 5 qola imza atıb.
Yarımmüdafiəçi İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin