“Mançester Yunayted” xərclədiyi pulla rekord qırdı
“Mançester Yunayted” ötən maliyyə ilinin nəticələrini açıqlayıb.
Komanda.az “The Guardian“-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar“ maaş xərci ilə İngiltərə Premyer Liqasının rekordunu qırıb. Belə ki, futbolçuların maaşlarına 384,2 milyon funt sterlinq xərcləndiyi açıqlanıb.
Əvvəllər bu rekord 355 milyon funt-sterlinq maaşla “Mançester Siti”yə məxsus idi.
Xəbərdə qeyd olunur ki, maaş xərclərinin artması “Mançester Yunayted”in hücumçuları Kriştiano Ronaldo və Ceydon Sançonun, eləcə də müdafiəçi Rafael Varanın keçidi ilə bağlıdır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin