“Mançester Yunayted” Ten Haqı dəstəkləyir
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq vəzifəsində işləməyə davam edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı ş özeytanlar”ın rəhbərliyi mövsümə uğursuz başlamasına baxmayaraq, hələ də niderlandlı çalışdırıcını dəstəkləyir.
“Mançester Yunayted” İngiltərə çempionatının son turunda doğma meydanda “Tottenhem”ə 0:3 hesablı məğlubiyyətə üzülüb. Bu uğursuzluqdan sonra “qırmızı şeytanlar” 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Ten Haq İngiltərə komandasına 2022-ci ilin yayından rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin