MY mövsümə niyə uğursuz başlayıb? – Baş məşqçi açıqladı
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə çempionatının 3-cü turunun “Liverpul”la oyunu öncəsi komandanın 2022/23 mövsümünə uğursuz başlamasının səbəbini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi səhvlərini düzəldəcəklərini deyib:
“Mövsümqabağı dövrü yaxşı keçirdik, lakin sonra Marsial zədələndi, Kriştiano Ronaldo hazır deyildi. İlk oyunda startda bir yerdə oynamayan iki mərkəz müdafiəçimiz və karyerasının ən yaxşı dövrünü keçirməyən qapıçımız vardı. Əsas səbəblər bunlardır. Lakin biz bu səhvləri düzəldəcəyik. Nəticələr daha yaxşı olacaq”.
Bu gün saat 23:00-da “Liverpul” “Mançester Yunayted”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin