MY italiyalı müdafiəçini transfer edə bilər
“Atalanta”nın müdafiəçisi Giorgio Skalvini karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mançester təmsilçisi 20 yaşlı futbolçuyla 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalaya bilər.
Bildirilir ki, hücumçular Amad Diallo və Rasmus Hoylundun transferindən sonra klublar arasında yaranmış yaxşı münasibətlər Skalvininin “Mançester Yunayted”ə keçməsinə töhfə verə bilər.
İtaliyalı müdafiəçi bu mövsüm A Seriyasında 16 matçda meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin