Premyer Liqanın tarixinə düşən alman
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 15-ci turunda “Kristal Pelas”ı məğlub edib – 1:0.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ralf Ranqnik bu qələbə ilə turnirin tarixinə düşüb.
Ranqnik Premyer Liqada debüt matçında qələbə qazanan ilk alman məşqçi olub.
Daha əvvəl Tomas Tuxel (“Çelsi”), Yurgen Klopp (“Liverpul”), Daniel Farke (“Norviç”) kimi alman məşqçilər debüt matçında qələbə qazana bilməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin