19 yaşlı futbolçu üçün 105 milyon

“Mançester Yunayted” “Benfika”nın futbolçusu Joao Feliksi transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Mançester Yunayted”in 19 yaşlı hücumçu üçün 105 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilib.

Felikslə “Mançester Yunayted”lə yanaşı, “Atletiko” da yaxından maraqlanır. Madrid təmsilçisi Feliksi mövsümün sonunda komandadan ayrılacaq Antuan Qrizmannın yerinə əvəzləyici kimi düşünür.

“Benfika” ilə 2023-cü ilə qədər müqaviləsi olan Feliks, bu mövsüm 43 qarşılaşmada iştirak edərək, 20 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button