Reşford Ronaldonun rekorduna şərik oldu
“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında İspaniya “Qranada”sını məğlub edib.
Komanda.az “squawka” portalına istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən qarşılaşmada ilk qolu vuran Markus Reşford rekorda imza atıb.
İngilis hücumçu bu mövsüm avrokuboklarda vurduğu qolların sayını 8-ə çatdırıb. Reşford “Mançester Yunayted”in heyətində avrokuboklarda bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna şərik olub. O, bu göstəricidə “qırmızı şeytanlar”ın sabiq futbolçusu Kriştiano Ronaldoya çatıb. Portuqaliyalı hücumçu MY forması ilə 2007/08 mövsümündə avrokuboklarda 8 qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin