“Mançester Yunayted” Əmir İbrahimovla anlaşıb
“Mançester Yunayted”in akademiyasının 15 yaşlı dağıstanlı yarımmüdafiəçisi Əmir İbrahimov klubu ilə müqaviləsini uzadıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ən azı daha 2 il “Mançester Yunayted”də qalacaq. Bu yaşdan etibarən peşəkar müqavilə bağlamaq mümkün olacaq.
İbrahimov ötən il “Mançester Yunayted”in U-14 komandasının kapitanı olub. Yarımmüdafiəçi artıq “Mançester Yunayted”in U-16 və U-18 komandalarında da çıxış edib.
Əmirin 12 yaşlı qardaşı Qazi İbrahimov da “qırmızı şeytanlar”ın akademiyasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin