“Mançester Siti”nin zədəlisi sağaldı
“Mançester Siti”nin zədəli futbolçusu Serxio Aquero fərdi məşqlərə başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb. Əzələ problemləri səbəbindən “Mançester Siti”nin son 6 oyununda iştirak etməyən 31 yaşlı hücumçunun yaxın zamanda yaşıl meydanlara qayıdacağı gözlənilir.
Bu mövsüm Premyer Liqada 12 oyuna çıxan Aquero 9 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin