Bir gecəyə 150 min dollar xərcləyən ingilis

“Mançester Siti”nin və İngiltərə yığmasının sabiq futbolçusu Mayk Riçards maraqlı açıqlama ilə gündəmə gəlib.

Komanda.az “Talksport” portalına istinadən xəbər verir ki, Riçards, futbolçu vaxtlarında bir gecəsinə 150 min dollar xərclədiyini söyləyib:

“Çox erkən yaşlarımda böyük pullar qazanmağa başladım. Bu açıqlamamın mətbuatda yer almasından qorxmuram. Həftədə 50 min funt-sterlinq qazanırdım. İllik qazancım 2,2 milyon funt-sterlinq idi. Bu dövrdə belə maaşa layiq oyun sərgiləyirdim. Bir dəfə Los Ancelesdə qonaqlığa 150 min dollar pul xərcləmişdim”.

Riçards 2001-2015-ci illərdə “Mançester Siti”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button