“Barselona” Aquero ilə razılaşdı
“Mançester Siti”nin hücumçusu Serxio Aquero mövsümün sonunda “Barselona”ya keçməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, argentinalı hücumçunun “Barselona” ilə iki illik müqavilə imzalayacağı bildirilir. Tərəflər arasında artıq razılaşma əldə olunub.
“Mançester Siti” ilə müqaviləsi mövsümün sonuna qədər olan Aquero Kataloniya təmsilçisinə azad agent kimi keçəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin