Aquero karantinə alındı
“Mançester Siti”nin futbolçusu Serxio Aquero karantinə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib. O, Aqueronun koronavirusa yoluxan şəxslə təmasda olduğu üçün karantinə alındığını bildirib:
“Təəssüf ki, Aquero koronavirus testi müsbət çıxan şəxslə təmasda olub. Ehtiyat məqsədilə bir neçə gün karantində qalacaq. Ümumilikdə, son 15 gündə 6 dəfə test verib və hamısının cavabı neqativ olub”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin