“Mançester Siti”nin futbolçusu fond yaratdı
“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq yeniyetmə yaşlarında təhsil aldığı “Ark Elvin Academy”də fond yaradıb.
Komanda.az xəbər verir ki, fond Yamaykada, Böyük Britaniyada və digər ölkələrdə fəaliyyət göstərəcək. Fondun yaradılmasında məqsəd gənclərin təhsil səviyyəsini yaxşılaşdırmaq, sosial hərəkətliliyini artırmaq və öz potensiallarını həyata keçirməyə ruhlandırmaqdır.
“Ark Elvin Academy” Londonda yerləşir. Akademiyanın tələbələrinin 92 faizi etnik azlıqlardır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin