“Bavariya” “Mançester Siti”dən futbolçu alır
“Mançester Siti”nin futbolçusu Leroy Sane karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 23 yaşlı cinah hücumçusu “Bavariya”ya keçməyə yaxındır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da Sanenin klubdan ayrılmağına qarşı çıxmır. “Şəhərlilər”in yeni müqavilə təklifini qəbul etməyən Sane, az şans qazandığı üçün ayrılmaq niyyətindədir.
2016-cı ildən “Mançester Siti”də forma geyinən Sanenin hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin