“Mançester Siti”nin futbolçusu həbs edilib – Telefon oğurladığı üçün

“Mançester Siti”nin futbolçusu Mateus Nunyes mobil telefon oğurladığı üçün həbs edilib.

Komanda.az “El Mundo” nəşrinə istinadən xəbər verir ki, hadisə sentyabrın 8-də İspaniyanın paytaxtı Madriddə yerləşən gecə klublarının birində baş verib.

Nunyes tualetdə olarkən 58 yaşlı kişinin telefonunu əlindən alıb. Şahidlərin sözlərinə görə, zərərçəkmiş şəxs oyunçunun şəklini çəkməyə çalışıb, buna çox əsəbiləşən 26 yaşlı yarımmüdafiəçi isə telefonu geri verməyəcəyini bildirərək, onu mənimsəyib.

Zərərçəkmiş polislə əlaqə saxlayıb və hüquq-mühafizə orqanları telefonu oyunçunun üzərində aşkar edərək, onu saxlayıblar. Futbolçu daha sonra zaminə buraxılıb.

Nunyes 2023-cü ildən “Mançester Siti”də çıxış edir. O, cari mövsümdə 6 oyunda meydana çıxıb və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button