“Mançester Siti”dən təkzib: “Yazılanlar yalandır”

İngiltərənin “Mançester Siti” klubu baş məşqçisi Xosep Qvardiolanın İtaliya çempionu “Yuventus”a keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Komanda.az xəbər verir ki, klubun İdarə Heyətinin üzvü Alberto Qalassi məlumatı təkzib edib. O, bu xəbərdən təəccübləndiyini vurğulayıb: “Qvardiola bizim baş məşqçimizdir və komandada qalmaq istəyir. Yazılanlar yalandır”.

Qeyd edək ki, Xosep Qvardiola 2016-ci ilin yayından “Mançesyet Siti”yə rəhbərlik edir. 48 yaşlı mütəxəssis 3 il ərzində komanda ilə 6 kubok qazanıb. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədər mövcuddur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button