“Mançester Siti”də daha bir argentinalı futbolçu
“Mançester Siti” heyətini yeni oyunçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, “şəhərlilər” Argentinanın “Veles Sarsfild” klubunun yarımmüdafiəçisi Maksimo Perroneni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı argentinalı üçün 11 milyon avro ödənilib. Onunla 2028-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb.
Perrone “Veles Sarsfild”in yetirməsidir. O, bu komandada 33 oyuna 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin