“Mançester Siti”dən futbolçusuna yeni müqavilə təklifi
“Mançester Siti” yarımmüdafiəçisi Rodriyə müqavilənin uzadılmasını təklif edib.
Komanda.az xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri məlumat yayıb. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Lakin “şəhərlilər” yarımmüdafiəçinin maaşını 70 min funt-sterlinqdən 125 min funt-sterlinqə yüksəltməklə, müqaviləni daha bir il uzatmağa hazırdırlar.
25 yaşlı Rodri “Mançester Siti”də qalmağa müsbət yanaşır. Bu səbəbdən, onun klubla müqaviləsini yenilənəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin