“Mançester Siti”də ilk ayrılıq siqnalı

“Mançester Siti”nin futbolçusu Riyad Mahrez yayda klubu tərk edə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, əlcəzairli futbolçu oyun praktikasının azlığından şikayətçidir. Mahrezin baş məşqçi Xosep Qvardiola ilə görüşdüyü və az şans qazanacağı halda, klubdan ayrılmaq istədiyini dediyi bildirilir.

2018-ci ilin yayında 60 milyon avroya transfer edilən Mahrez, bu mövsüm Premyer Liqada 26 qarşılaşmada iştirak edərək, 6 qol vurub. 28 yaşlı yarımmüdafiəçinin “şəhərlilər”lə 2023-cü ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button