Tebas La Liqada qeyri-müəyyənlik arzulayır

İspaniya La Liqasının prezidenti Xavyer Tebas cari çempionatın rəqabət qabiliyyətini yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə çempionatının rəhbəri bu haqda Avropa Super Liqasının potensial yaradılması təhlükəsindən danışarkən bildirib:

“İspaniyada futbol ÜDM-in (Ümumi Daxili Məhsul) 1 faizini təşkil edir. Avropada 40-dan çox peşəkar liqa var, 75 000-dən çox işçi, 68 000-dən çox oyunçu və 20 milyard avro media gəlirləri bölüşdürülməlidir. Hamısı risk altındadır. Super Liqa İspaniyada tətbiq olunsaydı, biz 16 faiz az, 1,1 milyard avro qazanacaqdıq.

Mən “Real”, “Barselona” və bəzən “Atletiko”nun hər zaman qalib gəlməsini deyil, çempionun xallarının 90-dan aşağı ola biləcəyi haqda çox düşünürəm. Çünki bu baş verərsə, liqanın çox rəqabətli olması deməkdir. “Mançester Siti” və ya Joze Mourinyonun “Real”ı kimi yüz xallı çempionluğun deyil, qeyri-müəyyənliyin olması vacibdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button