Yaya Ture Rusiya klubunda
“Mançester Siti” və “Barselona” klublarının sabiq futbolçusu Yaya Turenin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 37 yaşlı keçmiş yarımmüdafiəçi Rusiyanın “Axmat” klubunda məşqçilik edəcək. Bu barədə Ture özü açıqlama verib.
Fil Dişi Sahilindən olan mütəxəssis yaxın zamanda “Axmat”la rəsmi müqavilə imzalayacağını və yeni mövsümdə komandanın məşqçilər korpusunda yer alacağını bildirib.
Ture son olaraq Ukraynanın “Olimpik” (Donetsk) klubunda məşqçilik edib.
Keçmiş yarımmüdafiəçi futbolçu karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin