“Mançester Siti” stadionunun tutumunu artırır

İngiltərə çempionu “Mançester Siti” ev oyunlarını keçirdiyi “Etihad” stadionunun tutumunu artırmaq üçün hakimiyyətdən icazə alıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hazırda 55 min tamaşaçı sığan arenanın tutumu yenidənqurmadan sonra 60 minə çatdırılacaq. Bundan başqa, stadionun yanında şəhər meydanı tikiləcək, burada ticarət zonası və 400 yerlik otel olacaq.

Bütün işlərin dəyəri ən azı 340 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button