“Mançester Siti” “Milan”ın hücumçusu ilə danışıq aparır
“Mançester Siti” “Milan”ın hücumçusu Rafael Leao ilə maraqlanır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq danışıqlar aparır. Xəbərdə bildirilir ki, “Milan” futbolçunu 70 milyon avroya buraxmağa hazırdır. Milan klubu futbolçuya maaşını 4,5 milyon avroya qədər artırmaqla 2026-cı ilə qədər müqavilə təklif edib.
Daha əvvəl milanlılar portuqaliyalı futbolçunu PSJ-yə satmaqdan imtina etmişdi.
22 yaşlı futbolçu 2019-cu ildən “Milan”da çıxış edir. Bu mövsümdə o, A Seriyasında 36 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Leaonun “Milan”la müqaviləsi 2024-cü ildə başa çatır. “Transfermarkt”də hücumçunun dəyəri 50 milyon avro göstərilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin