“Mançester Siti” “Mançester Yunayted”dən üzr istədi

“Mançester Siti”nin bir neçə azarkeşi “Mançester Yunayted”in keçmiş futbolçusu Bobbi Çarltonun ölümünü “Brayton”la Premyer Liqanın son matçında (2:1) qeyd edib.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, klub rəhbərliyi azarkeşlərin bu hərəkətinə görə üzr istəyib:

“Klubumuz bu təhqiramiz şüarları ən sərt şəkildə qınayır və ser Bobbinin ailəsindən, dostlarından, “Mançester Yunayted”lə əlaqəsi olan hər kəsdən üzr istəyir.

Mühafizə xidmətimiz hazırda CCTV görüntülərini araşdırır. Artıq bu insanların şəxsiyyətini müəyyənləşdirməkdə bizə kömək edənlərə minnətdarıq və müvafiq tədbirlər görmək, onların stadiona girişinə qadağa qoymaq üçün hansısa məlumatı gözləməyə davam edirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button