“Mançester Siti”nin oyunu türkə tapşırıldı
UEFA Çempionlar Liqasının 1/8 finalında keçiriləcək “Real” – PSJ cavab oyunu (ilk oyun – 0:1) üçün hakim təyinatları açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Niderlanddan olan Denni Makkelini idarə edəcək. Ona Hessel Steeqstra, Jan de Vrles köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Allard Lindhout yerinə yetirəcək.
“Mançester Siti” – “Sportinq” görüşü (ilk oyun – 5:0) isə türkiyəli referi Halil Mehlerə həvalə olunub. Mustafa Eylsoy, İbrahim Çağlar Uyarcan köməkçi hakimlər, Arda Kardeşlər dördüncü hakim olacaq.
Martın 9-da keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin