Millinin baş məşqçisi postundan müvəqqəti kənarlaşdırıldı
Devis Manca futbol üzrə Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb.
Komanda.az Malta Futbol Assosiasiyasının saytına istinadən xəbər verir ki, buna səbəb 48 yaşlı mütəxəssisin oyunçulara qarşı cinsi təcavüzdə ittiham olunmasıdır.
Qurum məsələyə baxacaq və baş məşqçiyə özünü müdafiə etmək üçün şans verəcək.
Manca 2019-cu ildən Malta millisinə rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin