Mahirli “Dinamo” Xorvatiya derbisində məğlubiyyətə üzüldü

Futbol üzrə Xorvatiya çempionatında 9-cu turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su əzəli rəqiblərindən olan “Hayduk”la qarşılaşıb.

Futbolçumuzun komandası səfər oyununda 0:1 hesablı məğlubiyyətə üzülüb. Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Bu nəticədən sonra 66 xala malik “Dinamo” vahid liderliyini qorusa da, “Hayduk” aradakı fərqi azaldıb. Üçüncü pillədə qərarlaşmış Split təmsilçisinin 62 xalı var. Zaqreblilərin əsas izləyicisi isə 64 xalı olan “Osiyek”dir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button