Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başladılıb

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzilinin qarət olunduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, artıq faktla bağlı cinayət işi başladılıb. Futbolçunun Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefonun oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq – yaşayış yerinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir (APA).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button