Mahir oynadı, “Dinamo” Avroliqa ilə vidalaşdı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda (Xorvatiya) növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” komandasına qarşı keçirilən cavab matçının iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb.

Zaqreb “Dinamo”su bu görüşdə 1:0 hesablı qələbə qazansa da, ilk oyunda 1:3 hesabıyla uduzduğu üçün mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button