“Mahir Emrelinin transferi hələ də aktualdır”
“Qarabağ”ın hücumçusu Mahir Emrelinin mümkün transferi hələ də Polşanın “Rakuv” klubunun gündəmindədir.
Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Marek Papşun “TVP SPORT”-a müsahibəsində məlumat verib.
O bildirib ki, Azərbaycan millisinin də formasını geyinən 24 yaşlı forvardın məsələsi indi də aktualdır: “Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Odur ki, hər şey mümkündür”.
Mahir Emrelinin “Qarabağ”la müqaviləsi bu ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin