Mahir Emrelinin “Dinamo”dakı taleyi necə olacaq?

Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer dönəmindən sonra Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda qala bilər.

Komanda.az “Sportske.jutarnji” nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu mundialdan sonra xorvatiyalı Bruno Petkoviçi satsa, Emreli və digər forvard Yosip Drmiçi komandada saxlayacaq.

Eyni zamanda, “Lokomotiva”da icarədə olan Sandro Kulenoviç də komandaya geri dönəcək.

Baş məşqçi Ante Çaçiç heyətdə böyük dəyişikliklər etməyi düşünmür.

Emreli 2022-ci ilin yayında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb. Son zamanlar əsas heyətə düşməkdə çətinlik çəkən hücumçunun qışda komandanı tərk edəcəyi gözlənilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button