Mahir Emreli: “Uğursuz penalti vuruşuna görə…”

“Legiya”nın futbolçusu Mahir Emreli Polşa superkubokunda “Rakuv”a qarşı oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu “Rakuv”a məğlub olduqları oyundan sonra “instagram” hesabındakı paylaşımında bunları qeyd edib:

“Oyundakı uğursuz penalti vuruşuna görə dünən gecə mənə yüzlərlə dəstək mesajı gəlib, müxtəlif sosial platformalardan minədək yerdə adım qeyd olunub. Buna görə mən təşəkkür edirəm. Futbol inanılmaz oyundur. Komandama gözəl oyununa və dəstəyinə görə minnətdarlığımı bildirirəm”.

Mahir Emreli 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub (1:1). Penaltilər seriyasında isə o, zərbəni dəqiq vura bilməyib. Nəticədə, “Legiya” superkubok matçında penaltilərdə məğlub olub (3:4).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button