Mahir Emreli rəmzi komandada – FOTO
Azərbaycanlı futbolçu Mahir Emreli Xorvatiya çempionatında 31-ci turun rəmzi komandasına düşüb.
Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçunun evdə “İstra”ya qarşı keçirilmiş matçdakı (3:0) çıxışı 7,7 xalla qiymətləndirilib. Onunla yanaşı, komanda yoldaşları Mislav Orşiçlə Yosip Şutalo da rəmzi komandaya düşüb.
Mahir Emreli “İstra” ilə görüşün 50-ci dəqiqəsində komandasının sonuncu qoluna imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin