Mahir Emreli “Dinamo” ilə məşqlərə başladı
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini tam sağaldıb.
Komanda.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi “feysbuk” səhifəsi məlumat yayıb. 25 yaşlı hücumçu komanda ilə məşqlərə başlayıb.
Emreli zədə səbəbindən Azərbaycan yığmasının Malta və Latviya ilə yoxlama oyunlarına dəvət almayıb.
“Dinamo” Xorvatiya çempionatının 29-cu turunda, aprelin 3-də “Draqovolyaç”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin