Mahir Emreli millinin heyətindən kənarlaşdırıldı
“Qarabağ”ın hücumçusu Mahir Emreli Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan – Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emreli millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin