Mahir Emreli koronavirusa yoluxub
Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xorvatiya çempionatının 14-cü turunda “Hayduk”la keçiriləcək səfər oyunu öncəsi “Dinamo”nun 5 üzvünün testi pozitiv nəticələnib ki, onlardan biri də Emrelidir. Bu da o deməkdir ki, 25 yaşlı forvard “Hayduk”la sabah keçiriləcək derbini buraxacaq.
“Hayduk” – “Dinamo” matçı saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin