Mahir Emreli: “Klounların sözləri BMT qətnamələrindən daha vacibdir”?
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli “Facebook” səhifəsində paylaşım edib.
Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
O, beynəlxalq qurumları Dağlıq Qarabağ münaqişəsi və ermənilərin törətdiyi terror aktlarına obyektiv qiymət verməyə çağırıb.
“Dostluğumda müxtəlif ölkələrin, dinlərin və siyasi baxışların nümayəndələri var. Bir çox ölkələrdə olduğumu və fəxr etdiyim “Qarabağ”da oynadığımı nəzərə alsaq, bu, normal haldır. Həmişə tanışlarla söhbətlərimdə bu mövzulardan yayınmağa çalışmışam.
Amma 30 ildir davam edən münaqişə zəminindəki kədərli hadisələri gördükdən sonra bu gün üçün təsdiqlənmiş və dəqiqləşdirilmiş məlumatlardan istifadə edərək, əhatəmdəki insanlarla fikirlərimi bölüşmək istərdim.
Təəssüf ki, həqiqətləri kifayət qədər dərk edə bilməyən və və “fərqli” fikirlər səsləndirən adamların olduğu ortaya çıxdı. Qəribədir, amma mənfi mənada təəccübləndim. Qarabağdakı münaqişə ilə heç bir əlaqəsi olmayan dinc Gəncə şəhərinə edilən hücum da daxil olmaqla, 27 sentyabrdan bəri baş verən hər şeyi nəzərə alaraq, şübhəsiz, haqqım olan fikrimi bildirməyi lazım bildim.
Dünya ictimaiyyətinin Azərbaycandakı hadisələrə necə reaksiya verdiyini görəndə kədərlənir və məyus oluram. Yəni, komediyaçıların, porno-ulduzların və klounların sözləri BMT qətnamələrindən daha vacib olur? Niyə bütün dünya Amerikada Floyd və digər qaradərililərin ölümündən narahat olur, amma heç kim Xocalıda qətlə yetirilən 613 azərbaycanlını xatırlamır?
Bu gün olduğu kimi, Azərbaycana müharibə lazım deyildi. Çünki bu, seçim yolu deyildi. Bu, dünya ictimaiyyətinin Qarabağ məsələsinə mənfur münasibətinin nəticəsidir.
Fakt budur ki, müharibə əslində hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb oldu. Dünya ictimaiyyəti Ermənistan dövlətini hələ 1993-cü ildə dörd qətnamənin bütün bəndlərinə riayət etməyə məcbur etməli idi. Krım, Abxaziya və ya Cənubi Osetiya məsələsində olduğu kimi, mümkün olan bütün məcburi sanksiyalar tətbiq olunmalı idi.
İnsanlar, dövlətlər sizdən sülh tələb etdikləri halda özləri işğalçı qüvvələrin ordusunu gizli şəkildə silahlandırıb maliyyələşdirdikləri gerçəkliyindən daha kədərli nə ola bilər? Bunlar “4000 il əvvəl”, “dinozavrlar dövrü”nə aid nağıllar deyil. İndi 2020-ci ildir.
Hələliksə müzakirə üçün bir sual: Evinizə kimsə girsə, nə edərsiniz? Mübarizə apararsınız, yoxsa 30 ilə yaxın məhkəmə qərarını və ya icrasını gözləməyə razı olarsınız”?, – futbolçu qeyd edib.
Bizi Facebook-da izləyin