Mahir Emreli “Hayduk”a qarşı oynayacaq?
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Xorvatiya çempionatında 27-ci tur oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, “Dinamo” “Hayduk”un qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
“Dinamo”nun baş məşqçisi Jelko Kopiçin bu görüşdə millimizin üzvünə şans verəcəyi gözlənilir.
Mahir Emreli 26-cı turda – “Sibenik”lə görüşdə (3:0) Xorvatiya çempionatında debüt etmişdi.
“Dinamo” 53 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb, “Hayduk” isə 48 xalla 4-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin