Emreli bu göstəriciyə görə ikinci oldu – Bundesliqada
Almaniyanın “Nürnberq” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli 2-ci Bundesliqada ikinci ən sürətli hücumameyilli futbolçu olub.
Komanda.az xəbər verir ki, Emreli 8-ci turda “Proyssen”lə qarşılaşmada (3:2) 33,8 km/saat sürətə çatıb.
Emreli bu yay “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.
Azərbaycan millisinin üzvü ötən turda “Qroyter Fürt”lə (4:0) oyunda fərqlənərək, “Nürnberq”də qol hesabını açıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin