“Məsuliyyəti üzərimdən atmıram” – Roberto Bordin

Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Qəbələ”ni 3:1 məğlub edən “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

  • “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bundan da çox öz futbolçularımızı təbrik edirəm. Çünki möhtəşəm mövsüm keçirdilər. Sonadək titulu qazanmaq uğrunda mübarizə apardıq. Bu cür mükəmməl kollektivin baş məşqçisi olmaqdan qürur duyuram. Sonadək mübarizə apardıqlarına görə, futbolçularımıza təşəkkür edirəm. Bu uşaqlara qarşı müxtəlif sözlər deyilə bilər. Lakin mövsümboyu onlarla mən işləmişəm və deyirəm ki, onlarla fəxr edirəm.
  • 5 xal öndə idiniz. Lakin bu gün çempionluq əldən getdi. Baş məşqçi olaraq hansı səhvlərə yol verdiniz ki, çempionluq əldən getdi?
  • Həyatda hər bir insanın səhvi ola bilər. Məsuliyyəti üzərimdən atmıram. Hər bir uğura da, uğursuzluğa görə də məsul mənəm. Uşaqlar sonadək vuruşdular.
  • Komanda necə oynamasından asılı olmayaraq, “Neftçi” daim titula oynayıb. Bu il isə titulsuz qaldınız…
  • Neçə illərdi “Neftçi” titul qazanmır. “Qarabağ” 6 mövsümdü çempion olur. Əlbəttə, titulu qazanmaq istəyərdik. Buna baxmayaraq, əziyyətimizi yerə vurmazdım. Heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin.
  • Avrokuboklar üçün ilkin müzakirələr olubmu? Çoxmu futbolçu transfer etməyi planlaşdırırsınız?
  • Xeyr, danışığımız olmayıb. Qarşıda 1 tur var. Məntiqi olar ki, həmin oyunu da bitirək, bundan sonra fikirləşəcəyik.
  • “Qarabağ”a qarşı oyunun prinsipiallığı yəqin ki, itib. Həmin matça eksperimental heyət buraxacaqsınız, yoxsa döyüşkən?
  • Hər oyuna qələbə üçün çıxırıq. Çox güman ki, eksperimental heyət olmayacaq. Həftə ərzində özünü ən yaxşı tərəfdən göstərənlər, meydanda olacaqlar. (sport24.az)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button