Məşhur futbolçu təhdid olundu – Klubdan ayrıldı
Braziliyanın “Korintians” klubu futbolçusu Villianla yollarını ayırıb.
Komanda.az “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun müqaviləsi vaxtından əvvəl ləğv olunub. Braziliya millisinin keçmiş üzvü azarkeşlər tərəfindən təhdid olunduğu üçün bu qərarı qəbul etdiyini deyib:
“Braziliyaya hədə-qorxu ilə üzləşmək üçün gəlməmişəm. Hər dəfə “Korintians” uduzanda və oyunum alınmayanda ailəm sosial şəbəkədə təhdid və söyüşlərlə üzləşir. Həyat yoldaşıma, qızlarıma, bir müddət sonra isə atam və bacıma hücum etməyə başladılar”.
Villian daha əvvəl İngiltərədə “Çelsi” və “Arsenal” klublarının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin