Mərakeş millisinin üzvü “Sabah”da – Rəsmi
Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” ilk əcnəbi transferini edib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Sofian Çakla Premyer Liqanın gümüş mükafatçısı ilə anlaşıb.
29 yaşlı oyunçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Çakla “Sabah”da 44 nömrəli formanı geyinəcək.
Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib.
Bizi Facebook-da izləyin