
Flik: “Məqsədimiz hər üç turnirdə qalib gəlməkdir”
“Barselona” İspaniya çempionatının 27-ci turunun təxirə salınmış oyununda “Osasuna”nı üç cavabsız qolla məğlub edib.
Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Barsa”nın almaniyalı çalışdırıcısı Hans-Diter Flik matçla bağlı danışıb:
“Üç xal qazandıq, ancaq Dani Olmonun zədəsini nəzərə alaraq bunun üçün kifayət qədər yüksək qiymət ödədik. Mövsümün bu mərhələsində biz hər üç kubok uğrunda mübarizəyə davam edirik və hər üç turnirdə qalib gəlmək istəyirik. Bizim məqsədimiz budur”.
“Barselona” sonuncu dəfə 2023-cü ildə İspaniya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



