“Məqsəd Çempionlar Liqasını qazanmaqdır” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasındakı hədəflərindən danışıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis əsas məqsədlərinin Çempionlar Liqasının qalibi olmaq olduğunu deyib:
“Bu, Barsa”dır. Üzərində yaxşı mənada təzyiq olan komanda. Azarkeşlər bizdən çox şey tələb edəcəklər və bu normaldır. Mən tələbləri sevirəm. Bütün kubokların ardınca getmək istəyirik. Çempionlar Liqasında uğur qazanmaq üçün yaxşı vəziyyətdəyik.
Biz irəliyə doğru addım atmalıyıq. Düşünürəm ki, yeni gələnlərin sayəsində daha yaxşı olacağıq.
Məqsəd Çempionlar Liqasını qazanmaqdır, biz bunu gizlətmirik. Görək nə qədər uzağa gedə bilərik. Bizim üçün 1/8 və ya 1/4 final yoxdur, biz finala can atırıq”.
“Barselona” son mövsümdə İspaniya La Liqasının qalibi olub.
Bizi Facebook-da izləyin